Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının adıçəkilən qanuna uyğunlaşdırılması barədə təklifləri üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti həmçinin, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat və Sənaye Nazirliyi isə Azərbaycan vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması ilə əlaqədar işlərin gedişi haqqında üç ayda bir dəfə prezidentə məlumat verməlidir.