Yeni il bayramı ərəfəsində Bakıda təşkil olunacaq kənd təsərrüfatı məhsulları yarmarkalarının ünvanları açıqlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq.
Yarmarkalar dekabrın 28-31-də aşağıdakı ünvanlarda təşkil ediləcək:
Binəqədi rayonu:
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti;
Xətai rayonu:
- «Bakı» kinoteatrının yanı;
Nərimanov rayonu:
- Əliyar Əliyev küçəsi,26, «Bakı Taxıl» ASC-nin ərazisi;
Nəsimi rayonu:
- «Təzə bazar»ın ərazisi;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu:
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küç.,2;
- Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı;
Yasamal rayonu:
- Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanı.