Yeni doğulan körpədə bağırsaq əməliyyatı aparıldı
30 iyul 2019 14:18 (UTC +04:00)

Yeni doğulan körpədə bağırsaq əməliyyatı aparıldı

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yeni doğulan körpədə mürəkkəb bağırsaq əməliyyatı icra olunub. 
 
Lent.az xəbər verir ki, klinikanın mama ginekoloqu Nigar Axundovanın sözlərinə görə, körpə ananın ikinci hamiləliyindən doğulub və keysəriyyə əməliyyatı ilə dünyaya gəlib:
 
“Ananın ilk uşağı doğulandan sonra tələf olub. İkinci hamiləlikdə də ana bətnində olan uşağa bağırsaq keçirməzliyi diaqnozu qoyulub. ATU-nun Tədris Cərrahiyyə Klinikasında aparılan müayinələr nəticəsində diaqnoz təsdiqlənib. Ana bətnində dölyanı suyun çoxluğu və uşağın qarın boşluğunda iki qaz qovurcuğundan başqa, həm də 2 havalanma görünürdü. Buna dabl-babl görüntüsü də deyilir. Bu, sonradan rentgen zamanı da aşkarlandığından, diaqnoz tam təsdiqləndi. Ona görə də ana keysəriyyə əməliyyatı olundu, körpə də elə ilk sutkasında əməliyyata alındı”.
 
Klinikanın baş həkimi, uşaq cərrahı Ramiz Poluxov yeni doğulmuşda onikibarmaq bağırsaq atreziyası əməliyyatını uğurla icra edib.
 
Həkimlər qeyd edir ki, son dövrlərdə yenidoğulmuşlarda bağırsaq keçirməzliyi hallarına daha çox rast gəlinir. Xəstəliyin yaranma səbəbi tam bilinmir. Bu, genetik də ola bilər, infeksiya nəticəsində yaranmış hal da ola bilər. Əgər bağırsaq keçirməzliyi körpənin ilk günlərində aşkarlanmasa və əməliyyat olunmasa, intoksikasiya nəticəsində ölümlə nəticələnə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar