Yay semestri necə təşkil olunacaq? - <span style="color:red;">TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ
26 fevral 2014 15:49 (UTC +04:00)

Yay semestri necə təşkil olunacaq? - TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Yay semestrinin müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

 

Məlumatda o da vurğulanır ki, tələbələrin akademik borclar olan fənlərin krediti ilə semestrdə proqram üzrə nəzərdə tutulan fənlərin kreditlərinin sayı 30-dan çox deyilsə, əlavə ödəniş etmədən bu semestrdə altqrupda fənn üzrə lazım olan kredit borcu ləğv etmək mümkündür.

 

Kreditin sayı 30-dan çox olduğu halda 8 kreditə qədər əlavə ödəniş etməklə akademik borcu ləğv etmək olar. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə ali təhsil müəssisəsindən xaric olunmur, lakin həmin fəndən imtahana buraxılmır.

# 1217

Oxşar yazılar