Yardımlıda yeni məktəb binaları istifadəyə verildi
17 dekabr 2014 21:15 (UTC +04:00)

Yardımlıda yeni məktəb binaları istifadəyə verildi

APA-nın cənub bürosunun məlumatına görə, hər iki təhsil ocağında yerli icra strukturları, hüquq-mühafizə orqanları, müvafiq idarə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimləri keçirilib.

 

220 şagird yerlik ikimərtəbəli Çayüzü  kənd orta  məktəbi 21 otaqdan ibarət olmaqla 14 sinif otağı və digər xidmət sahələrindən ibarətdir. 180 şagird yerlik Urakəran  kənd orta  məktəbində isə ümumilikdə 18 otaq olmaqla 9 sinif otağı və digər xidmət sahələri var.

 

Hər iki təhsil müəssisəsində müasir idman zalı inşa olunub, sinif otaqlarında istilik sistemləri quraşdırılıb. Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar