Yardımlıda qar yağdı, yollar bağlandı
14 dekabr 2013 00:50 (UTC +04:00)

Yardımlıda qar yağdı, yollar bağlandı

Respublika  ərazisində davam edən qeyri-sabit hava şəraiti Yardımlı rayonunda  müəyyən fəsadlarla müşayiət olunub.

 

 APA TV-nin Cənub bürosunun məlumatına görə, iki gündən bəri yağan qar rayon yollarında  nəqliyyatın, maşın-mexanizmlərin hərəkətini çətinləşdirib. Yolların qardan təmizlənməsi istiqamətində intensiv tədbirlərə başlanıb. Belə ki, dağ  kəndləri ilə əlaqə saxlamaq məqsədi ilə Rayon İcra Hakimiyətinin təşəbbüsü  ilə həmin ərazilərə ağır  texnikalar cəlb olunub. Hazırda yollarda ağır texnikalar çalışır. Eyni zamanda sakinlərin dağ kəndlərinə rahat  gediş-gəlişini təmin etmək üçün “UAZ”, “NIVA” və digər nəqliyyat vasitələri   ayrılıb. Ərzaq məhsullarının alınmasında da heç bir problem yoxdur. Bir sözlə, Yardımlı rayonuna fasiləsiz yağan qar hələlik sakinlərin gündəlik həyatında  ciddi çətinlik yaratmayıb. Rayona elektrik  enerjisinin verilişində də  heç  bir  problem  qeydə  alınmayıb.

 

Qarın hündürlüyü Yardımlı rayonunun  mərkəzində 30-40 sm, ucqar ərazilərdə isə 50-60 sm təşkil  edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139
avatar

Oxşar yazılar