Yanvarın 20-də Bakıətrafı elektrik qatarları pulsuz işləyəcək
15 yanvar 2014 10:59 (UTC +04:00)

Yanvarın 20-də Bakıətrafı elektrik qatarları pulsuz işləyəcək

“Azərbaycan Dəmir Yolları” QSC-də 20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlanıb.

 

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonasında yanvarın 20-də saat 6.00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

 

Həmin gün saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

 

Bundan başqa, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar