Yanan binada yaşayan 8 ailə pansionatda yerləşdirilib
21 may 2015 10:34 (UTC +04:00)

Yanan binada yaşayan 8 ailə pansionatda yerləşdirilib

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın yanması nəticəsində evlərindən çıxan 16 ailə kirayə mənzillərdə yerləşdirilib. Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, daha 8 ailə pansionatda yerləşdirilib: “Qohumlarının evində məskunlaşan digər ailələr müraciət etdikcə onların da istəkləri yerinə yetiriləcək”.

 

Binəqədi RİH-dən bildirilib ki, sakinlərə dəymiş maddi ziyanın hesablanması prosesi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Nizam Rza

Oxşar yazılar