Yağış yağacaq, külək əsəcək
10 iyun 2013 12:36 (UTC +04:00)

Yağış yağacaq, külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 11-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı  gözlənilir.

 

Əsasən səhər və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.  Dəniz suyunun temperaturu 19-21 dərəcəyə çatacaq.

 

 

Azərbaycanın rayonlarına gəlincə, iyunun 11-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 isti dərəcə olacaq.

 

 

İyunun 11-dən 12-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2132
avatar

Oxşar yazılar