Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.