Yağış yağacaq
26 mart 2014 12:47 (UTC +04:00)

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Axşam buludluluğun artacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

 


Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1607

Oxşar yazılar