Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Departamentin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, Bakı da və Abşeron yarımadasında sabah havanın buludlu olacağı, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, ayrı-ayrı rayonlarda yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Temperatur aran rayonlarında gecə 12-17, gündüz 24-29 olacaq. Dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.