Yağış yağacaq
29 sentyabr 2013 12:43 (UTC +04:00)

Yağış yağacaq

Bu gün yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.Havanın temperaturunun gecə 15-18, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bu gün bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

ANSPRESS
# 923
avatar

Oxşar yazılar