Xuliqanlar Bakının yol təsərrüfatına 10 min manat ziyan vurub
14 noyabr 2013 18:55 (UTC +04:00)

Xuliqanlar Bakının yol təsərrüfatına 10 min manat ziyan vurub

Noyabrın 14-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonu ərazisində, Zığ-Aeroport yolunda yüzlərlə işıqlandırıcı və siqnal elementinin sındırılması nəticəsində “Azəryolservis” ASC-yə dəyən ziyan müəyyən edilib. Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, bir və ya bir neçə şəxs tərəfindən törədilmiş xuliqanlıq hadisəsi nəticəsində yol təsərrüfatına ümumilikdə 10 min manatdan artıq ziyan dəyib. Hazırda polis hadisəni törətmiş şəxsləri axtarır.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə, Heydər Əliyev adına hava limanına gedən yolda – dəmiryolu xəttinin üzərindəki körpünün yaxınlığında bu gün “Təhlükəsiz şəhər” kameraları quraşdırılıb. Hadisənin gecə saatlarında Hövsan və Zığ qəsəbələri istiqamətindən Maştağa, Buzovna və Nardarana Aşura mərasimlinə gedən gənclər tərəfindən törədilməsi ehtimal edilir. əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420
avatar

Nizam Rza

Oxşar yazılar