Bakının mərkəzi prospektlərindən olan Xocalı prospektinin təmirinə başlanılıb. Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Yolun ümumi uzunluğu 1100 metrdir. Hazırda köhnə beton-asfalt örtüyünün qaşınaraq götürülməsi və köhnə bardürlərin çıxarılması işləri görülür. Bundan sonra yeni mərmər bardürlər və asfalt örtüyü salınacaq.