
Xəzəri çirkləndirənlər CƏZALANDIRILDI
Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçirib.
Bu barədə Lent.az-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər Etibar Məmmədov, Mehriban Kılıc, Ələkbər Qarayev, Süleyman Məmmədov, Amil Mirzəquliyev barəsində protokol tərtib olunub və onların hər biri vəzifəli şəxs qismində 2500 manat cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qarşısında vəsatət qaldırılıb.
Oxşar yazılar

Güclü maqnit qasırğaları yaxınlaşır - XƏBƏRDARLIQ
14 iyul 2025 , 14:12
Sabah çimərliklərdə 27 dərəcə isti olacaq
14 iyul 2025 , 13:58
Bəzi ixtisaslar ləğv olunacaq - Məleykə Abbaszadə
14 iyul 2025 , 13:13
Sabah da 40 dərəcə isti olacaq - hava PROQNOZU
14 iyul 2025 , 12:33
6 minə yaxın abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
14 iyul 2025 , 10:00
Yayda çox şey dəyişəcək: taleyüklü hadisələrlə qarşılaşacaq üç BÜRC
14 iyul 2025 , 09:19
Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02