Xəzərdə nərə ovuna QADAĞA
26 dekabr 2013 12:29 (UTC +04:00)

Xəzərdə nərə ovuna QADAĞA

Xəzərətrafı bütün ölkələr (Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran) nərə balıqlarının kommersiya əsası ilə ovuna daxili məhdudiyyət qoyublar. Beləliklə, regionda nəsli kəsilməkdə olan balıq növünün əldə olunmasına texniki moratorium qüvvəyə minib. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Ümumrusiya Elmi-Tədqiqat Balıq Təsərrüfatı və Okeanoqrafiya İnstitutunun direktoru Mixail Qlubokovski açıqlama verib.

 

Hazırda Rusiyanın Həştərxan şəhərində su bioresursları üzrə beynəlxalq komissiyanın iclası keçirilir. Komissiya Xəzər dənizinin durumunu və Xəzəryanı dövlət başçılarının 2014-cü il sammiti öncəsi bioresursların qorunması üzrə tədbirləri qiymətləndirir. Sammitin ən çox gözlənilən qərarlarından biri nərə balıqlarının ovuna 5 illik moratoriumun qoyulmasına dair müqavilə olacaq: “İndi bütün ölkələr könüllü, hüquqi əsas olmadan nərələrin sənaye üsulu ilə ovuna moratorium qoyublar. Bu balıqların yalnız elmi və çoxalma məqsədilə ovu mümkündür. Nərəkimilər SİTES konvensiyasına əsasən qorunurlar və bütün 5 ölkənin imzası olmadan nərələrin kürü və ixrac olunmur. Ona görə də bu məhsullar varlı bazarlara – Avropa İttifaqı, ABŞ və Çinə çıxarıla bilməz”.

 

Delikates alverini yalnız balıq emalı müəssisələri apara bilər. Bu zaman SİTES ərzağın mənşəyini yoxlayır. Moratorium rəsmən imzalanmayanadək ölkələr daxili bazar üçün nərə ovlaya bilərlər. Amma bu ərzaq çox bahadır. Alim deyib: “Məqsədimiz limanlarda ova nəzarətədək nərə ovuna de-yure moratorium müəyyənləşdirməkdir. Bu qərar SİTES-in Xəzər dənizi üçün daxili mexanizmindən uzaqlaşmaq və regiona nüfuz etmək istəyən kənar ölkələr üçün “nəfəsliy”i bağlamaq baxımından vacibdir”.

 

Qeyd edək ki, SİTES Konvensiyası 175 ölkənin imzaladığı beynəlxalq hökumətlərarası müqavilədir. Bu müqavilə məhvolma təhlükəsi ilə üzləşən vəhşi fauna və flora növlərinin beynəlxalq ticarətinə nəzarəti nəzərdə tutur. Konvensiya 3 mart 1973-cü ildə ABŞ-ın paytaxtı Vaşinqtonda bağlanılıb və 1975-ci il iyulun 1-dən qüvvəyə minib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910

Oxşar yazılar

Bu xəstəxanalara  yeni baş həkimlər təyin edildi

Bu xəstəxanalara yeni baş həkimlər təyin edildi

12 avqust 2025 , 15:05
Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22