Xəzərdə gəmilərin hərəkətinə icazə verildi
Bu gün səhər saat 8 dən etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.
Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumata görə, hazırda dənizdə küləyin sürəti 15 – 18 metr saniyədir. Axşama doğru küləyin sürətinin azalaraq 11 – 12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5 – 2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.
638