Xarkov-Bakı reysi açılır
11 iyun 2014 12:41 (UTC +04:00)

Xarkov-Bakı reysi açılır

0

Xarkov vilayətindən Bakıya yeni təyyarə reysi açılacaq. Lent.az-ın xəbərinə görə, bu barədə  Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasov məlumat verib. Q.Abbasov yay mövsümündə belə bir təyyarə reysinin açılmasının vilayətdə yaşayan 40 min nəfərə yaxın azərbaycanlının, xüsusən də bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacağını bildirib.

 

Xarkov-Bakı-Xarkov təyyarə reysini “Dniproavia” şirkəti həyata keçirəcək. Reys ilkin olaraq uçuşlarını iyun ayının 21-dən başlayaraq hər həftənin 2-ci və 6-cı  günləri, yerli vaxtla 14.40-da edəcək.

 

Xarkov-Bakı-Xarkov reysinin qiyməti 400 dollardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 772

Oxşar yazılar