Xalidə Xalidin oğlu Ədəbiyyat İnstitutunu təkzib etdi: “Anam İrana elmi işi ilə bağlı gedib”
02 may 2013 12:59 (UTC +04:00)

Xalidə Xalidin oğlu Ədəbiyyat İnstitutunu təkzib etdi: “Anam İrana elmi işi ilə bağlı gedib”

Aprelin 30-da Təbrizdə həbs edilən AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı yazar Xalidə Xalidin oğlu Xalid Məmmədli anasının İranda saxlanmasına aydınlıq gətirmək üçün Xarici İşlər Nazirliyinə və Azərbaycanın Təbrizdəki konsulluğuna müraciət edib.

 

X. Məmmədli APA-ya açıqlamasında bildirib ki, anasının həbsi barədə mətbuatda oxuyub: “Hələlik Konsulluqdan bizə deyiblər ki, İran tərəfi rəsmi məlumat verməyib, araşdırma gedir. Anam Lənkərana gedib, biz əslən Lənkərandanıq. İşi ilə əlaqədar oradan İrana keçməyə nə var ki? Bir neçə saat vaxt aparır. O da elmi işi ilə bağlı məlumatlar toplamaq üçün İrana gedib. O elmi işini tamamlamaq üzrə idi”.

 

X. Məmmədlinin sözlərinə görə, X. Xalid İrana keçəndən sonra aprelin 30-da ailəsi ilə əlaqə saxlayıb: “Aprelin 30-da səhər mənə zəng elədi ki, narahat olma, Təbrizdəyik, qayıdırıq. Ondan sonra onun telefon nömrəsinə zəng çatmayıb”. 

 

Xatırldaq ki, Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı Lent.az-a açıqlamasında bildirmişdi ki, X. Xalidi İrana İnstitut tərəfindən göndərilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2573
avatar

Oxşar yazılar

Bu payızda çox xoşbəxt olacaq  BÜRCLƏR

Bu payızda çox xoşbəxt olacaq BÜRCLƏR

20 sentyabr 2024 , 18:36
Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

20 sentyabr 2024 , 18:16
7 bal gücündə maqnit qasırğası  yaxınlaşır: XƏBƏRDARLIQ

7 bal gücündə maqnit qasırğası yaxınlaşır: XƏBƏRDARLIQ

20 sentyabr 2024 , 17:05
Sabahdan Bakının bu küçəsi TAM BAĞLANIR

Sabahdan Bakının bu küçəsi TAM BAĞLANIR

20 sentyabr 2024 , 16:54
Sabah Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Sabah Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

20 sentyabr 2024 , 16:06
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

20 sentyabr 2024 , 15:08
Qarabağ Universitetinin yataqxanasından MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Qarabağ Universitetinin yataqxanasından MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

20 sentyabr 2024 , 13:33
Sabah  leysan və qar  yağacaq: HAVA PROQNOZU

Sabah leysan və qar yağacaq: HAVA PROQNOZU

20 sentyabr 2024 , 12:32