Yanvarın 10-da Xaçmaz rayonunda zəlzələ baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yerli sakinlər saat 04:45 radələrində yeraltı təkan hiss ediblər. Təşvişə düşən sakinlərin bir çoxu evlərini tərk edərək həyətə çıxıb.
Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, dağıntı barədə məlumat daxil olmayıb.
***
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələ barədə məlumat yayıb. Qurumdan Lent.az-a verilən məlumatda bildirilir ki, yanvarın 10-da saat 04.45-də Qubadan 83 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
61 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.00 olub.