Vətəndaşlar nazirliyi əsasız müraciətlərlə narahat ediblər
12 dekabr 2013 15:59 (UTC +04:00)

Vətəndaşlar nazirliyi əsasız müraciətlərlə narahat ediblər

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 2013-cü il oktyabr-noyabr ayları ərzində 733 müraciət daxil olub. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş müraciətlərin 541-i (29-u əsaslı, 334-ü isə əsassız, 178-i cari problemlərlə bağlı şikayət), 18-i aidiyyəti üzrə deyil, 174 - u sorğu xarakterli olub.

 

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar