“LUKoyl” ASC-nin prezidenti Vahid Ələkbərov prezident İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Hörmətli İlham Heydər oğlu, icazə verin doğum gününüz münasibətilə Sizi “LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim. Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində coşqun yaradıcı fəaliyyətiniz sayəsində öz həmvətənlərinizin dərin hörmətini, həmkarlarınızın və tərəfdaşlarınızın yüksək etimadını qazanmısınız.
Sizin rəhbərliyinizlə Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf təmin edilib, başqa ölkələrlə ticari-iqtisadi əməkdaşlıq genişləndirililib və şaxələndirilib, daxili bazara xarici sərmayələr cəlb edilməsi üçün əlverişli şərait yaradılıb.
Fürsətdən istifadə edib, Sizə “LUKoyl” ASC-nin ölkənizdə fəaliyyətini dəstəklədiyinizə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Əmin ola bilərsiniz ki, biz Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da Sizinlə birgə işləməyə hazırıq. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram”.