
Uzun bayram tətilindən sonra işə adaptasiya olmağın yolları
Paytaxt sakinlərinin uzun tətillə bağlı fikirləri eyni deyil. Bəziləri bunun dincəlmək, yorğunluğun bədəndən çıxması baxımından faydalı olduğunu deyir, bəziləri isə insanın təmbəlləşməsindən, gündəlik qazanclarının azalmasından şikayət edirlər
Psixoloq Təhminə Çələbi APA TV-yə deyib ki, işə qayıtmağa iki gün qalmış insan özünü buna hazırlamalıdır: "Hamımızda refleks var. Şənbə gününü sevinirik ki, ertəsi gün istirahət günüdür. Birinci gün isə arasında ağır gün sayılır. Yeni həftə başlayır".
İşə adaptasiya olmağın yollarına gəlincə, psixoloq bildirir ki, ilk növbədə günə pozitiv başlamaq lazımdır: "Adaptasiya olmaq üçün işə getməzdən bir saat öncə təmiz havada gəzmək məsləhətdir. Vitaminli meyvə şirəsi içə bilərlər. Çünki bizim bədənimiz o vitamini aldığı zaman beyin fəaliyyəti çox yaxşı işləməyə başlayır".
Psixoloq əlavə edib ki, inanlarda əzginliyin, əsəbiliyin, işə həvəssiz yanaşmağın bir səbəbi də fəsil dəyişkənliyidir. Odur ki, istirahətdən yığdığımız enerjini doğru istiqamətə yönəldək ki, bəhrəsini görə bilək.
Oxşar yazılar

İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29