TQDK bu gün ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə ekstern qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün buraxılış imtahanı keçirir. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 9 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada keçirilir.
İmtahanlarında ümumilikdə ( 9 və 11-ci siniflər üzrə) 1050 (Bakıda 251, Naxçıvanda 14, Gəncədə 136, Şəkidə 111, Ağcabədidə 37, Göyçayda 103, Şirvanda 134, Lənkəranda 143, Qubada 121) şagirdin iştirakı gözlənilir.
İmtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılıb. İmtahan prosesini idarə etmək üçün 12 imtahan rəhbəri, 98 nəfər isə zal nəzarətçisi cəlb olunub.
Bütün imtahan mərkəzlərində buraxılış imtahanları eyni vaxtda saat 12:00-da başlayacaq.