Uşaqlar arasında ən çox yayaılan onkoloji xəstəliklər hansılardır?
04 aprel 2014 15:21 (UTC +04:00)

Uşaqlar arasında ən çox yayaılan onkoloji xəstəliklər hansılardır?

Azərbaycanda uşaqlar arasında daha çox rast gəlinən onkoloji xəstəliklər açıqlanıb.


 

APA-nın xəbərinə görə, Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının şöbə müdiri Reyman İsmayılzadə Səhiyyə Nazirliyinin “Tibb” qəzetinə müsahibəsində deyib ki, dünyanın hər yerində leykozlar uşaqlar arasında daha çox rast gəlinən (30%) onkoloji xəstəliklərdir. Onun sözlərinə görə, mərkəzi sinir sisteminin şişləri uşaq onkologiyasının 20%-ni təşkil edir və ikinci sırada durur: “Daha sonra 15% limfomaların payına düşür. Yerdə qalanlar sümük şişləri, yumşaq toxuma şişləri, böyrək şişləri və sairədir. Böyüklərdə daha çox mədə, qaraciyər, ağciyər, prostat vəzisi, dəri, uşaqlıq yolu, süd vəzisi və s. problemlərə təsadüf olunsa da, uşaqlarda epitelyar şişlər nadir hallarda aşkarlanır. Əsasən onkoloji xəstəliklərə 3-10 yaş arası uşaqlarda rast gəlinir. Ümumilikdə isə onkoloji xəstəliyi olan uşaqların sayı çox deyil. Təxminən hər 10 000 uşaqdan 1-də bu xəstəliyə təsadüf olunur”.

 

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında nə qədər xəstənin müalicə və müayinəyə cəlb olunmasına gəlincə, R.İsmayılzadə qeyd edib ki, indiyədək burada 300-ə qədər birincili xəstə müalicə olunub, 3000-ə qədər uşaq isə konsultasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772
avatar

Oxşar yazılar