Urmiyada qar festivalı
14 dekabr 2013 21:15 (UTC +04:00)

Urmiyada qar festivalı

Mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan vəyalətinə güclü qar yağıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bu münasibətlə ötən gün Urmiya şəhərində qar festivalı keçirilib.

 

Tədbir Urmiya Şəhər Bələdiyyəsinin Mədəniyyət və İdman Təşkilatı tərəfindən “Ellər bağı”nda təşkil olunub. Festivalda bələdiyyə sədri Məhəmməd Həzrətpur da iştirak edib. Yerli sakinlər, xüsusilə vətəndaşlar bir neçə qrupa bölünərək qartopu oynayıblar. Eyni zamanda festival iştirakçılar qardan Urmiya gölü, Türkiyə bayrağı, qar adam, qız və oğlan, bəy və gəlin, uşaq, Eskimo evi, kərtənkələ, qəlyan, avtomobil, traktor və başqa gözəl şeylər düzəldiblər. Urmiya gölü, Türkiyə bayrağı və traktor tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Mərasimin sonunda 5 iş mükafata layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar