Ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək
17 noyabr 2014 11:05 (UTC +04:00)

Ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək

Azərbaycanda sosial müavinətlərin unifikasiyası və ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək.

Lent.az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

 

Ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanacaq.

 

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləğinin mərhələlərlə artırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.

 

Bütün bu məsələlərin icrası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) tapşırılıb. Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar