Unun qiyməti qalxmayıb, siqaret bahalaşıb
03 aprel 2014 16:55 (UTC +04:00)

Unun qiyməti qalxmayıb, siqaret bahalaşıb

Azərbaycanda unun qiymətinin artması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.


 

Bunu “APA-Economics”ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

 

Ölkənin ən böyük un istehsalçılarından olan “Karmen” MMC-dən də “APA-Economics”ə bildirdilər ki, sözügedən məhsulun qiymətində heç bir dəyişiklik yoxdur.

 

Azərbaycana xaricdən gətirilən tütün məmulatlarının qiymətində isə müəyyən artım müşahidə olunub. Bu barədə “APA-Economics”ə “European Tobacco Baku” şirkətindən məlumat verilib.

 

Şirkət rəsmisinin sözlərinə görə, qiymət artımı yalnız idxal olunan məhsullara toxunub: “Ölkədə istehsal olunan siqaretlərdə qiymət artımı yoxdur. Lakin xaricdən, xüsusilə Rusiyadan gətirilən məhsulların qiymətində artım müşahidə olunur”.

 

APA-Economics”in araşdırmasına görə, qiymət artımına səbəb dünya bazarında tütünün qiymətinin qalxması olub.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, qurum tütün məmulatlarının qiymətində artım qeydə almayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Oxşar yazılar