Umud Rəhimoğlu Cənubi Afrikaya gedib
14 aprel 2014 13:43 (UTC +04:00)

Umud Rəhimoğlu Cənubi Afrikaya gedib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü Umud Rəhimoğlu Cənubi Afrika Respublikasına gedib. BMİ-nin Azərbaycan Milli Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, bu təşkilatın “Azadlığın qeyd olunması: KİV Texnologiyalarının inkişafının 20 illiyi” adlı dünya konqresində iştirak edəcək.

 

BMİ-nin Keyp Taun şəhərində keçirilən dünya konqresini Cənubi Afrika prezidenti yanında  Monitorinq və Nəticələrin Qiymətləndirilməsi Departamentin rəhbəri və nazir müavini Obed Bapela və “Afrikaans News”un icraçı direktoru Tim Du Plessis açacaqlar. Dünyanın ən aparıcı media qurumlarının qəzet, jurnal, TV və radiolarının təmsilçiləri iştirak edəcək tədbirdə BMİ-nin icraçı direktoru Alison Makenzi Mətbuat Azadlığının  dünyadakı vəziyyəti ilə bağlı hesabatla çıxış edəcək.

 

Dünya konqresində “Afrikaya üç müxtəlif baxış”, “Diffomasiya və təhqiredici qanunlar - nəyə görə liderlər yerlərindən tərpənmir”, “Media və etikanın bitməyən sualları: Həlli yolları axtarılır”, “Zərərli ekologiyada təhlükəsizlik və dalğanın mərkəzində: Nəyi bilməli?”, “Yeni Cənubi Afrika: 20 il sonra media azadlığına baxış”, “İnsanların həyatı və hüququ necə qorunur və medianın buna təsiri nələrdir?”, “Güc sütunu – İnkişaf edən dünyada Çinin rolu”, “Ədalət şəkli: Dərk etmənin iflası?  - ədalətli insanlar mediada özlərini gördükdə özlərini tanıya bilirlər?”, “Terror müharibəsi Jurnalistləri barmaqlıqlar arxasında qoyduğu zaman: Antiterror hüquqları bəhanəsi ilə jurnalistlər zindana atılırlar.”,  “Fotojurnalistika və Medyaya keçid” adlı sessiyalar və seminarlar keçirilməsi nəzərdə tutulub.

 

Dünya konqresində BMİ-nin “Media öncülü” mükafatı builki sahibinə - A-Monitor (http://www.al-monitor.com/pulse/home.html ) təşkilatına təqdim olunacaq. Həmçinin BMİ-nin dünya konqresinin 2015-ci ildə hansı ölkədə keçiriləcəyi də müəyyənləşəcək.

 

Qeyd edək ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırlar.

# 464
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar