Ukraynadakı gənclər Dünya Azərbaycanlıları gününü qeyd edib
28 dekabr 2013 02:48 (UTC +04:00)

Ukraynadakı gənclər Dünya Azərbaycanlıları gününü qeyd edib

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGİB) Vinnitsa şəhərindəki ”Fəridə Plaza” İstirahət və Əyləncə  mərkəzində Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti təşkil edib.

 

UAGİB–dən Lent.az-a verilən məlumata görə, Vinnitsa vilayət dövlət administrasiyası rəsmilərinin, meriya və yerli deputatlar şurası təmsilçilərinin, diaspora və KİV nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının sədri Emin Adıgözəlov  çıxış edərək, 22 il öncə təməli Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danışıb.

 

UAGİB sədri Anar Tahirov isə  Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, o cümlədən Azərbaycan həqiqətlərinin  Ukrayna  ictimaiyyətinə çatdırılmasında  gənclərin üzərinə düşən öhdəliklərdən danışıb.

 

 “2013-cü il dövlətimiz və  xalqımız üçün ən yadda qalan illərdən biri oldu. Bu il Azərbaycan öz sosial-iqtisadi inkişaf tarixinə qlobal layihələrin həyata keçirilməsi ilə  imza atdı”- deyən,  Anar Tahirov  bu il yekdilliklə prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsini 50 milyonluq Azərbaycan xalqının  ən böyük uğurlarından biri kimi səciyyələndirib.

 

 Qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqımıza  xoş və səmimi arzularını çatdıran Vinnitsa  Dövlət Tibb Universitetinin prorektoru Sergey Zaiko, Vinnisa vilayət Şurası Aparatının rəhbəri Svetlana Pustovit  2 il öncə Vinnitsa vilayətində yaranmış  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və adət-ənənələrini özündə əks etdirən  çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açıblar.

 

Bayram şənliyində çıxış edən “Fəridə Plaza” Ticarət və Əyləncə mərkəzinin sahib  Eldar Nəzərov, ARDNŞ Ukrayna şirkətinin nümayəndəsi  Həzi Aslanov  və  digər şəxslər  təməli 1991-ci ildə qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün müasir Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildiyini vurğulayıblar.

 

 

Təbdirdə  UAGB-in Vinnitsa vilayət təşkilatının özfəaliyyət  ansanblının ifasında  geniş konsert və maraqlı ədəbi, bədii-kompozisya  nümayiş etdirilib . 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791
avatar

Oxşar yazılar