Ukraynadakı azsaylı xalqlar millətlərarası münasibətlərin siyasiləşdirilməsinə qarşıdır
12 dekabr 2013 02:43 (UTC +04:00)

Ukraynadakı azsaylı xalqlar millətlərarası münasibətlərin siyasiləşdirilməsinə qarşıdır

Kiyevdə Ukraynadakı milli azlıqların hüquqlarına həsr olunmuş dəyirmi masa keçirilib. Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, müzakirələr “Ukrayna cəmiyyətin konsolidasiyası kontekstində milli azlıqların hüquqları” mövzusunda olub.

 

Dəyirmi masa UMA və ölkənin İnsan haqları institutu ilə birgə təşkil olunub. Tədbirdə ictimai hüquq müdafiə təşkilatlarının, Ukrayna milli-mədəni cəmiyyətlərinin nümayəndələri, tanınmış alimlər, diplomatlar və jurnalistlər iştirak edib.

 

UMA–nın sədri Rövşən Tağıyev, Ukrayna yəhudi forumun prezidenti Arkadi Monastırskiy, “Tuğan Tel” Ümumukrayna tatar mərkəzinin sədri Pyotr Şerafutdinov, etnopolitoloq-alim Aleksandr Mayboroda, Larisa Loyko, İrina Kresina, Maksim Raumnıy və digərlərin çıxışı zamanı milli münasibətlər sahəsində qanunvericilik bazasının yaxşılaşdırılması üçün konkret təkliflər səsləndirilib.

 

Dəyirmi masanın nəticələrinə əsasən, Ukraynada siyasi böhranın həlli, konstitusiya quruluşunun qorunması, sülhün və əminamanlığın qorunması üçün millətlərarası münasibətlərin siyasiləşdirilməsinin qarşısının alınması ilə bağlı təkliflərini özündə əks etdirən qətnamə qəbul olunub.

 

Qeyd edək ki, UMA-da azərnbaycanlılar, tatarlar, yəhudilər, ruslar, qaqauzlar və digər azsaylı xalqlar birləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar