Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 4-dək respublikanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi və temperaturun yüksələcəyi gözlənilir.
Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərində məhsulun, Mərkəzi Aran rayonlarında pambığın yetişməsi üçün, hava şəraiti isə ümumən pambığın yığımı və qurudulması, üzüm və meyvə bağlarında və bostanlarda məhsulun yığımı və çoxillik otların biçini üçün əlverişli olacaq. Dağətəyi rayonlarda qısamüddətli yağışların yağması payızlıq dənli bitkilər üçün ayrılmış sahələrdə səpinqabağı işlərin aparılması üçün əlverişli olacaq.