Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti Azərbaycanda gəlib.
Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nümayəndə heyəti DOST Agentliyində olub və nazir Sahil Babayevlə də görüşüblər.
Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq.
Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.
Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər. Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.