Türkiyəli basketbolçu Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər:
"18 yaşlı türkiyəli basketbolçu qız sol diz oynağının travması ilə müraciət edib və onu Təcili Tibbi Yardım Briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb, yardım edildikdən sonra buraxılıb. İndi vəziyyəti normaldır".
535