Türkiyə səfiri İqtisad Universitetində olub
19 may 2014 13:31 (UTC +04:00)

Türkiyə səfiri İqtisad Universitetində olub

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Azərbaycan Dövlət İqtisad Universitetində olub. Bu barədə Lent.az-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib. Səfir ADİU-nun rektoru, professor Ədalət Muradov ilə görüşdə ali təhsil ocağında aparılan islahatları dəstəklədiyini bildirərək, bu istiqamətdə lazım olan bütün köməyi göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Türkiyə universitetləri ilə əməkdaşlığın və təcrübə mübadiləsinin dərinləşdirilməsi, Türkiyə səfirliyinin nümayəndələrinin ADİU-da seminarlar keçməsi, qardaş ölkədən Azərbaycana gələn dövlət və biznes adamlarının tələbələrlə görüşlərinin təşkili, ali təhsil ocağında türk dünyasının iqtisadi məsələlərini araşdıracaq elmi strukturun formalaşması və digər məsələlər müzakirə olunub. Eyni zamanda görüşdə ADİU tələbələrinin Azərbaycandakı türk şirkətlərində təcrübə keçməsi haqda da razılıq əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Oxşar yazılar