Türkanda körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
25 sentyabr 2013 20:07 (UTC +04:00)

Türkanda körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 25-də Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

 

APA-nın məlumatına görə, M. Əliyeva körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Məlumat verilib ki, ikimərtəbəli binada balacaların təlim-tərbiyəsi və məktəbəqədər hazırlığı ilə bağlı zəruri şərait yaradılıb. 200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək ki, bunlardan ikisi kiçik yaş qrupu, ikisi orta yaş qrupu üçündür. Üç böyük yaş və üç məktəbə hazırlıq qruplarında da yüksək şərait yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1181
avatar

Oxşar yazılar