Traktor 2500 evi qazsız qoydu
25 iyul 2019 17:28 (UTC +04:00)

Traktor 2500 evi qazsız qoydu

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi aşkarlanıb. 
 
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.
 
Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. Qeydə alınan hadisə aktlaşdırılıb. 85 abonentin qaz təchizatı dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar