TQDK sədri attestat imtahanında “iki” alıb, tələbə adını qazananlardan danışdı
16 sentyabr 2013 19:08 (UTC +04:00)

TQDK sədri attestat imtahanında “iki” alıb, tələbə adını qazananlardan danışdı

“Attestat qiymətlərini Təhsil Nazirliyinə təqdim etmişik. Bu sahədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının siyasəti açıqdır”. Lent.az-ın məlumatına görə, bunu Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. TQDK sədri qeyd edib ki, həm Təhsil Nazirliyi, həm də TQDK bu istiqamətdə araşdırmalar aparır: “128 nəfər attestat imtahanında bir fəndən “iki” qiyməti alıb və qəbul imtahanlarında müvafiq bal toplayaraq, ali məktəblərə qəbul olunub. Məsələn, bir orta məktəb şagirdi qəbul imtahanında 500 baldan yuxarı nəticə göstərmişdi. Buraxılış imtahanında isə həmin şəxs riyaziyyatdan yeddi suala cavab verərək, “iki” qiyməti almışdı. Qalan fənlərdən isə 90-95 faiz müsbət nəticə göstərmişdi”.

 

TQDK sədri onu da vurğulayıb ki, həmin 128 abituriyentin 50-ə yaxını qabiliyyət tələb edən ixtisaslara qəbul olunublar: “Onlar da 100 baldan aşağı nəticə göstəriblər. Qalanları isə 150-200 bal arasında nəticə göstəriblər. Amma bu böyük rəqəm deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar