Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında “Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi aparılıb. Bu barədə Lent. az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Belə ki respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Coğrafiya” və “Riyaziyyat” dərslik komplektlərinin birinci yarım il üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi olub. Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər elektron “Dərslik portalı”nda yerləşdiriləcək.