TQDK-nın şöbə müdiri: Bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilə bilər
06 fevral 2013 11:55 (UTC +04:00)

TQDK-nın şöbə müdiri: Bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

“Bəzi orqanların müraciəti ilə magistraturaya qəbul olunmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə Milli Məclisdə yenidən baxılması gözlənilir”.

 

Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev söyləyib.

 

Natiq Əliyev bildirib ki, bu məsələ TQDK-nın səlahiyyətində deyil: “Biz hər il növbəti çağırışa kimi, yəni iyulun 1-dək, magistraturaya qəbul imtahanlarını yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edib magistraturaya qəbul ola bilsinlər və daha sonra hərbi xidmətə gedə bilsinlər”.

TQDK-nın şöbə müdiri qeyd edib ki, hərbi xidmətlə əlaqədar oğlanların ali təhsil almalarında fasilənin yaranması onların yenidən elmi sahəsinə qayıtmasına çətinlik yaradır. Oğlanların arada bir il müddətinə hərbi xidmətdə olması onların magistraturada təhsillərini davam etdirməsinə müəyyən qədər mənfi təsir göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026
avatar

Oxşar yazılar