TQDK-nın Ağcabədi bölməsi açıldı
03 sentyabr 2013 12:30 (UTC +04:00)

TQDK-nın Ağcabədi bölməsi açıldı

Sentyabrın  3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi şəhərində yerləşən regional bölməsinin inzibati binasının açılışı olub. Bu barədə Lent.az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib. 

Açılış mərasimində TQDK sədri, Komissiyanın əməkdaşları, Ağcabədi  şəhər İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov,  rayon ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər. 

TQDK sədri həmçinin, Ağcabədi və ətraf rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri ilə görüşüb. M. Abbaszadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə Komissiyanın yeni 3 regional bölməsinin yaradıldığını xatırladaraq, bununla TQDK-nın regional bölmələrinin sayının 8-ə çatdığını bildirib. 

Cari ildə bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının həmin regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Ağcabədidə keçirildiyi qeyd olunub. Komissiya sədri bu zonada yaşayan və fəaliyyət göstərən müəllimlərin, ekspertlərin, ümumilikdə pedaqoji ictimaiyyətin qəbul imtahanlarına dair materialların hazırlanmasında, qəbul proqramlarının müzakirələrində, dərsliklərin monitorinqi  və digər elmi-metodiki proseslərdə daha fəal iştirakını arzu etdiyini bildirib. Buna görə də onları regional bölmə ilə daha sıx əməkdaşlığa dəvət edib. Komissiya tərəfindən təşkil edilən elmi-metodiki seminarların paralel olaraq regional bölmələrdə də aparıldığını və Komissiyanın mərkəzi binası ilə videobağlantı əsasında müzakirələr təşkil olunduğu vurğulanıb. Bu prosesdə  də region müəllimlərinin iştirakının vacib olduğu qeyd olunub.   


Tədbirin sonunda TQDK sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar