Gecə saatlarənda güclü külək nəticəsində Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində yaranan elektrik enerjisi kəsintisi aradan qaldırılıb. “Azərenerji” ASC-dən Lent.az-a verilən məlumata görə, təbii fəlakətin elektrik təchizaıinda yaratdığı fəsadlar "Azərişiq" ASC-nin əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb: “Hazırda rayonun mərkəzi və bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz tam təmin edilir”.