Torpaqların mülkiyyətə və ya icarəyə verilməsi <span style="color:red;">QAYDALARI
18 sentyabr 2019 12:59 (UTC +04:00)

Torpaqların mülkiyyətə və ya icarəyə verilməsi QAYDALARI

Dövlət və bələdiyyə torpaqlarının satışı və ya icarəyə verilməsi  "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları"na əsasən həyata keçirilir.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu istiqamətdə hərrac və müsabiqələri komitə həyata keçirir.
 
Komitə torpaq müsabiqəsi və ya hərraclarının keçiriləcəyi vaxtı müəyyən edir, alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri hazırlayır.
 
Müsabiqə və ya hərracın keçirilməsi haqqında elan komitədə hazırlanır və mətbu orqanı olan “Mülkiyyət” qəzetində, rəsmi saytda (emdk.gov.az) və digər kütləvi informasiya vasitələrində yayımlanır. Müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl dərc edilən elanda torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat, müsabiqə və ya hərracın keçirilməsi şərtləri, yeri, vaxtı və tarixi qeyd edilir. Eyni zamanda, elanda ilkin qiymət, müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlər və torpaq sahəsi ilə bağlı məlumatlar öz əksini tapır. Xidmətin həyata keçirilməsi ilə bağlı hüquqi və ya fiziki şəxslərdən ərizə, möhürlü zərfdə təklif (müsabiqə keçirilən hallarda), hüquqi şəxsin nizamnaməsi, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və digər sənədlər tələb olunur.
 
Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə qalibə komissiya tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqları üçün müvafiq bələdiyyə, dövlət torpaqları üçün isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq qanunvericiliyə uyğun olaraq müvafiq müqavilə bağlanır.
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Aygün İbrahimli

Oxşar yazılar