
Tez və asan arıqlamağın yolu varmı? – Dietoloq RƏYİ
Arıqlama prosesi uzun müddət tələb edir. Tez və asan arıqlamağın bir yolu yoxdur.
e-tibb.az-ın xəbərinə görə, bunu həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mütəxəssisi Vəfa Paşazadə açıqlayıb.
Dietoloqun sözlərinə görə, hər fərdin özünə uyğun qidalanma proqramı (söhbət vərdişlərə, həyat tərzinə uyğun proqramdan gedir, yoxsa diet proqramları hamıya bəllidir) və professional (yəni həkim-dietoloq, üstəgəl endokrinoloq, psixoterapevt, çox ciddi çəki problemi varsa, bariatrik cərrah kimi həkim komandasından söhbət gedir) bir köməklə çəkinin qaydaya salınması mümkündür: “Bunun üçün xüsusən çəkinin artmasına səbəb olan səhhətlə bağlı problemi aradan qaldırmaq lazımdır. Bu məqamlar diqqətdə saxlanılmadan bəzi müvəqqəti uğurlar əldə edilsə belə, təsirli və qalıcı nəticələr əldə edilmir”.
V. Paşazadə qeyd edib ki, arıqlamaq müəyyən bir prosesdir, bu proses vaxt, əzm, iradə, səbr, nizam-intizam, dayanıqlılıq tələb edir: “Artıq çəkisi olanlar xüsusən bunları nəzərə almalıdırlar. Qida vərdişlərinizin emosional xarakter daşıyıb-daşımaması, stress situasiyalarına reaksiyanız və s. nüansları psixoloq ya psixoterapevtlə mütləq müayinə və müzakirə etməlisiniz”.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03
"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55