Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
ETSN-nın Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
Qərb rayonlarından başlayaraq şimşək caxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
***
12.11
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunacaq ilkin proqnozu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabahdan şimal küləyinin güclənəcəyi gözlənilir.
Onun sözlərinə görə, şimal küləyinin güclənməsi nəticəsində ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək.
Belə hava şəraiti mayın 20-də və 21-də müşahidə olunacaq.