Temperatur 40 dərəcəyə çatacaq - YENİLƏNİB
16 iyul 2014 13:49 (UTC +04:00)

Temperatur 40 dərəcəyə çatacaq - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraiti əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz cənub–şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

 

Aran rayonlarında havanın temperaturu gecə 21-26,  gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2189

Oxşar yazılar