Temperatur 26 dərəcəyə çatacaq
11 oktyabr 2013 12:43 (UTC +04:00)

Temperatur 26 dərəcəyə çatacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 12-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Kəmalə Həşimovanın Lent.az-a verdiyi  məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz  keçəcəyi  gözlənilir.

 

Mülayim cənub küləyi  əsəcək. Havanın temperaturun gecə 13-16  dərəcə,  gündüz 20-25  dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 12-də hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Aran rayonlarında gecə 8-13 dərəcə, gündüz 21-26 dərəcə , dağlarda gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.

 

Oktyabrın 14-dək respublikanın dağlıq və dağətəyi rayonlarında nisbətən sabit hava şəraiti və temperaturun normaya yaxın olması pambıq bitkisinin üçüncü yığımı və qurudulması, payızlıq dənli bitkilər üçün hazırlanmış sahələrdə aqrotexniki işlərin və səpinin aparılması üçün əlverişli olacaq. Yağmursuz hava şəraiti bağlarda meyvələrin yığılması üçün də münasib olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222
avatar

Oxşar yazılar