Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 5-ə gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktorunun müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Temperatur rejiminin anomal gedişi, gecə və gündüz 11-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 5-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 15-19 dərəcə isti, dağlarda gecə və gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir.