Kürdəmir rayon İcra Hakimiyyətində yeni təyinatlar olub. Lent.az-ın məlumatına görə, rayon təhsil şöbəsinin müdiri Novruzov Tacəddin Şəmsəddin oğlu rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri təyin edilib. Bundan başqa Kürdəmir şəhər 1 saylı Orta Məktəbin müəllimi Əsgərli Vəsilə Əbdülhəsən qızı icra hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Kürdəmir rayonunun icra hakimiyyəti başçısı Ceyhun Cəfərov bir neçə ay əvvəl bu vəzifəyə təyin olunub və dərhal kadr islahatlarına başlayıb. C.Cəfərov Kürdəmirdən əvvəl Tərtərin icra başçısı vəzifəsində çalışıb. Daha əvvəl isə Bakının bəzi rayonlarında rəhbər vəzifələrdə olub.